Peşəkar İnkişaf Platforması
ProGro işaxtaran və işəgötürənləri birləşdirən inkişaf platformasıdır. Platformanın məqsədi peşəkar inkişafın təmin edilməsi, peşəkarlıq mədəniyyətinin təbliği, sosial əlaqələrin gücləndirilməsi və məşğulluğun artırılmasıdır.
“Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.
Hədəf qrupumuz peşəkar inkişafa meyilli iş axtaran gənclər və tələblərə uyğun işçi tapa bilməyən sahibkarlardır.
Layihə müddətində peşəkar bacarıqların inkişafı ilə bağlı təlimlər, fəal iş axtarma prosesi, müəssisələrlə əlaqələrin yaradılması kimi fəaliyyətlər həyata keçirilir. Hal-hazırda layihə Gəncə, Sumqayıt və Zaqatala Mərkəzlərində fəaliyyət göstərir.
Platforma sizə vəd edir:
- peşəkar şəkildə işə müraciət qaydaları;
- karyera planlamasının həyata keçirilməsi;
- müəssisələrlə əlaqələrin qurulması;
- təlimlər müddətində peşəkar işçi profilinin yaradılması;
- gündəlik iş rejimində (10:00 – 14:00) təlimlərin həyata keçirilməsi;
- peşəkarlıq mədəniyyətinin formalaşdırılması;
- geniş şəbəkə və fəaliyyət dairəsi;
- yeni təcrübələr.