Kompüter — informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşınıdır. Başqa sözlə kompüter, informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır.
Kompüter sistemi — müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur.
Kompüterin normal işləməsi üçün həm aparat təminatı, həm də proqram təminatı tələb olunur.