XXI əsrin birinci on illiyində ölkəmizdə, əsasən də Bakıda mövcud olan pərakəndə satış bazarında kifayət qədər boşluqlar hiss olunurdu. Buna görə də yeni bir supermarketlər şəbəkəsinin yaradılması zəruri idi. 2011-ci il mayın 7-də xarici və daxili bazarları daima araşdıran, savadlı və əzmkar insanlar bir araya gələrək «AzRetail» MMC-ni təsis etdilər. Bununla da bütün Azərbaycanı əhatə etməyi hədəf götürən "Araz Supermarketlər" şəbəkəsi istifadəyə verildi. 2011-ci ildə Bakıda "Siz harada, Araz orada" sloqanı ilə 4 filial xidmətə başladı. Tezliklə müştərilərin məmnuniyyətini və rəğbətini qazanan marketlərimiz, artma siyasətini digər illərdə də davam etdirdi və bu illər ərzində Bakı və Bakı şəhəri ətrafında, Sumqayıt, Şəki, Gəncə, Mingəçevir, Quba, İmişli, Yevlax, Daşkəsən, Qobustan, Zaqatala və Şuşada yeni filiallar açaraq supermarket sayımızı daha da yüksəltdik.
Şirkətimiz növbəti illərdə də yeni filialların açılması və yeni iş yerlərinin yaradılması üçün əzmlə çalışacaqdır.
Məqsədimiz:
-“Siz harada, Araz orada” sloqanı ilə Azərbaycanın bütün bölgələrində Araz Supermarkətlər şəbəkəsinin yaradılmasına nail olmaq;
-Araz Supermarketlər şəbəkəsinin əsas prinsipi uyğun qiymət və geniş çeşidlə qida və qeyri-qida məhsullarını istehlakçılara çatdırmaq;
-Araz Supermarketlər şəbəkəsində çalışan insanlar üçün davamlı və rahat ailə mühiti yaradaraq, daima inkişaf etmək;
-Müştərilərimizin təklif və istəklərini daima diqqətdə saxlayaraq daha yaxşı xidmət göstərilməsinə nail olmaq;
-Azərbaycanın bütün bölgələrində supermarketlər açaraq yeni iş yerlərin yaradılmasına dəstək göstərməkdir.
Industry
Retail Groceries, Department and chain stores, General traders, department and retail stores, Retail & Traders
HQ Location
8 November st.15
Azure Business center
Baku, Absheron AZ 1000, AZ
Keywords
supermarketArazretailstorepərakəndəmarketSparmarketingşəbəkəVeysəloğlu