Mars Overseas öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və "snack"lərin istehsalı və satışıdır. İstehsal prosesi bütün ekoloji, sanitar-gigiyenik və təhlükəsizlik normalarına uyğun aparılır və beynəlxaq standartlara cavab verir. Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.