Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılmışdır.
Fondun əsas məqsədi sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək, sahibkarlığın inkişafına dəstək sahəsində proqramların hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək; müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq, sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, sahibkarlar arasında maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərməkdən ibarətdir.
Facebook: http://facebook.com/edf.gov.az/
Instagram: http://instagram.com/sahibkarligin_inkisafi_fondu/
Twitter: https://twitter.com/sahibkarliq
Youtube: https://bit.ly/39mpJMl