“RİCON” MMC 2004-cü ildən başlayaraq sərbəst fəaliyyət göstərir. Müəssisə tikinti və meliorasiya sahəsində bir sıra işlər yerinə yetirmişdir.
Bunlardan:
- Bakı şəhəri Xətai Binəqədi, Sabunçu rayonlarında 12, 16, 18 mərtəbəli yaşayış binalarının tikintisi
- RosNeft şirkəti üçün inzibati binaların tikintisi və təmiri
- Əhali üçün böyük əhəmiyyət daşıyan yolüstü piyada keçidlərin hazırlanması və quraşdırılması
- Meliorasiya sahəsində strateji əhəmiyyəti olan suvarma və drenaj kanallarının təmizlənməsi və tam bərpası, hidrotexniki qurğuların tikintisi
- Müxtəlif həcmlərdə olan sement çənlərinin hazırlanması və quraşdırılması
- Bakı şəhəri Zirə və Məhəmmədli qəsəbələrində müasir tipli istixanaların quraşdırılması
- Zaqatala zəlzələ bölgəsində fərdi yaşayış evlərinin və məktəblərin tikintisi
- Azərsun Holdinqə məxsus Sumqayıt yağ fabrikində müxtəlif tutumlu çənlərin hazırlanması və quraşdırılması
- Tofiq Bəhramov adına Respublika Stadionunda 2011-ci ildə yağış suları üçün drenaj kanallarının və kanalizasiya sistemlərinin çəkilməsi, içməli su xətlərinin çəkilişi
- Gilan Holdinqə məxsus Sumqayıt tekstil fabrikində müxtəlif təyinatlı sexlərin metal konstruksiyalarının hazırlanması və quraşdırılması