2012-ci ildə “Ən yaxşı pizza” qayəsini rəhbər tutaraq Papa John’s Azərbaycanda öz restoranını açdı. Bilirik ki, ən yaxşı inqrediyentlərdən istifadə edərək dünyanın hər bir yerində mükəmməl pizzalar təqdim edəcəyik. Bu günə qədər “Daha yaxşı inqrediyentlər. Daha yaxşı pizza.” şüarını və hədəfini rəhbər tutmuşuq.
“Papa John's Azərbaycan” Orlando, Florida ştatında keçirilmiş illik beynəlxalq “Papa John's” konfransında 30 ölkə arasından “2013-cü ilin ən yaxşı franşıza alan tərəfi” elan edilmişdir.
2015-ci ildə “Papa John's Azərbaycan” Beynəlxalq Keyfiyyətə Nəzarət Mərkəzinin “Əsas Dəyərlər” Mükafatını almışdır.
Hazırda bizim şirkət Azərbaycanda 9 restorana qədər genişlənmişdir. Biz uğurumuzla qürür duyuruq, lakin uğuru qazanmaq üçün keçdiyimiz yoldan daha çox qürur duyuruq. Keyfiyyətə və işçilərimizə qayğıya hədəflənərək inkişafa davam edirik. 2013-cü ildə ən yaxşı franşıza alan tərəf, 2015-ci ildə Keyfiyyətə Nəzarət Mərkəzinin ən yaxşı mükafatlarına layiq görülmək yaxşıdır, lakin ən önəmlisi etməli olduğumuz işlə “Ən yaxşı pizza təqdim etməklə” müştəriləmiz tərəfindən qəbul edilməkdir.
Biz fəxr edirik ki, sevdiyimiz işlə - daha yaxşı pizza hazırlamaqla məsğul olaraq hörmət qazanmışıq.
1984 cü ildə “Papa John's” öz qapılarını bu məqsədi hədəf alaraq açdı: Daha dadlı pizza. Biz bilirdik ki, tərkib hissələrini (inqrediyentləri) daha keyfiyyətli etməklə, daha dadlı pizza əldə edəcəyik. “Daha keyfiyyətli tərkib hissələrindən (inqrediyentlərdən) ibarət daha dadlı pizza.” Həmin məqsədimiz və həmin vədimiz bu gün də aktualdır.
Təməl inancımız çox sadədir: işçilərin qayğısına qalmaq və işlərini görməsi üçün onları ən yaxşı vasitələrlə təmin etməkdir, bu zaman daha yüksək keyfiyyətə malik pizza əldə etmək mümkündür. Bizi bu işi görməyə şövq edən amil də budur və elə bu səbəbdən daha keyfiyyətli pizza çatdırmaq və daha üstün xidmət göstərmək üçün bu sənayedə bir çox digər şirkətlərdən daha çox vəsait sərf edirik.