2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes sahəsində özünü təsdiqləyib və dəyər verən müştərilərin inamını qazanıb.
2020-ci ildən “Crystal Group of Companies” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirən şirkətin əsas ofisi Bakı şəhərində yerləşir. Daha çox ənənəvi dəyərlərə inteqrasiya olunan korporativ idarəetmə praktikasını əldə rəhbər tutaraq Səhmdar Cəmiyyət milli sahibkarlığa, özəl biznesin inkişafına layiqli töhfələr vermişdir. Geridə qoyduğumuz 20 il ərzində qarşıda dayanan hədəflərə çatmaq üçün inşaat, sənaye, logistika və otelçilik xidmət sektorlarında inkişaf etməyə davam edib. Azərbaycanda və Türkiyədə uğurlu investisiya layihələrinə imza atan və milli brendə çevrilməyi hədəfləyən şirkət daim tərəfdaşlarının inamını qazanır. Uğurlu korporativ təcrübə əsasında ən yaxşı peşəkarları bir dam altında birləşdirərək əməkdaşlarımıza, müştərilərimizə və tərəfdaşlarımıza xüsusi qayğı və həssaslıqla yanaşırıq.