Communication Academy fərdlər, qurumlar və qrumlardaxili şöbələr üçün Kommunikasiya, PR, Media, Marketinq və Menecment kimi sahələr üzrə peşəkar tədris və təkmilləşmə proqramı təşkil edir. Ənənəvi metodlardan uzaq, dünyanın aparıcı təhsil mərkəzləri tərəfindən qəbul olunmuş yeni tədris üslublarından istifadə edərək tədris modulları iştirakçılara təklif olunur.
Tədris formatı üç ayrı formada qurulmuşdur:
- Kurs,
-Təlim
-Workshop.
Akademiya təcrübəli mütəxəssisləri ilə siz praktik mühitdə, real layihələr üzərində maraqlandığınız sahə üzrə bilik və bacarıqları qazanacaq və artıracaqsınız.
Akademiyanın beynəlxalq və yerli əlaqələri, təcrübələri bu sahəni dərindən öyrənmək, peşəkarlığını artırmaq və eyni zamanda, akademik olaraq formalaşmaq istəyənlər üçün müqayisəsiz imkandır.