Azərbaycan Turizm və Menecment Universiteti ali məktəb olaraq öz fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-cı il 25 avqust tarixli 925 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 saylı qərarı ilə Azərbaycan Turizm İnstitutu olaraq başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 22.12.2014-cü il tarixli 945 nömrəli Sərəncamı ilə ATİ-nin əsasında Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılmışdır.