2011- ci ildən fəaliyyətə başlayan “AZGRANATA” Cənubi Qafqazın ən böyük alkaqollu və alkaqolsuz içkilər istehsalçısı olub, 14 hektar ərazini əhatə edir. Dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuş zavod meyvə şirəsi, konsentrant, kompot ilə yanaşı şərab və araq məhsulları istehsal edir. Zavodun meyvə qəbulu, meyvə emalı, tetra pak dolumu və qablaşdırılması bölmələri fəaliyyət göstərir. “Azgranata” saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə sahibdir. Hazırda illik istehsal gücümüz 100 milyon qablaşdırma təşkil edir.
Avadanlıqları Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransadan təmin edilən zavodda 2 milyon litrəlik hazır məhsul anbarı da mövcuddur. Bundan əlavə zavodun tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikrobioloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik standartlara uyğunluğu təmin olunur.
Şirkət İSO 9001 və İSO 22000 beynəlxalq sertifikatlarını dəstəkləyir və yerinə yetirir.